İsrailli ekspert: “Azərbaycana yeni silah təchizatını davam etdirəcəyik” – ÖZƏL

2018/03/800px-Elbit_Hermes_900s546_1522153992.jpg
Oxunub: 4359     20:32     27 Mart 2018    
“İsrail Azərbaycanla hərbi-texniki əməkdaşlığa xüsusi önəm verir”.

Bu barədə Ordu.az-a aparıcı İsrailin analitiklərindən biri, Qdüsdəki Yəhdudi Universiteti yanında Asiya və Afrika Ölkələri İnstitutunun əməkdaşı Vladimir Mesamed bəyan edib.

Onun sözlərinə görə, ölkələr arasında hərbi sahədə əməkdaşlıq qaneedici səviyyədədir.

“Biz hesab edirik ki, İsrailin Azərbaycanı təchiz etdiyi PUA-lar təhlükəsizlik məqsədilə faydalı oldu. İsrail yeni avadanlıqların təchizatını davam etdirəcək və hər hansı ölkələr buna mane ola bilməz.

İsrail Azərbaycanın maraqlı olduğu silahlarla onu təchiz edəcək. Əgər hər hansı qüvvələr bunun münaqişədə gərginliyin artmasına səbəb olduğunu düşünürsə, bu, belə deyil. Əksinə, biz öz müttəfiqlərimizə təhlükəsizlik məsələlərində yardım göstəririk. Bizim texnikamızdan istifadə edərək müttəfiqlərimiz özlərini daha çox müdafiə olunmuş hiss edirlər”, - deyə V. Mesamed bildirib.

Həmsöhbətimiz qeyd edib ki, İsrail müsəlman əhalisi üstünlük təşkil edən ölkələrlə sıx əməkdaşlıqda maraqlıdır.

“Bizim ölkəmiz uzun müddət ərəb ölkələri ilə əlaqələr salxmayıb – bu, Misir, İordaniya və digər ölkələrdir. İndi bu ölkələrlə münasibətlər normallaşıb. İsrailin hələ də münasibətlərinin normallaşmadığı müsəlman ölkələri də var.

Lakin SSRİ-nin dağılmasından – Azərbaycan və Mərkəzi Asiya ölkələrinin müstəqillik əldə etməsindən sonra İslam dünyasına çıxış prespektivi yarandı. Azərbaycan və digər müsəlman ölkələri beynəlxalq İslam təşkilatları, məsələn, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz buna böyük önəm veriririk, belə ki, onların hərbi biri ərəb ölkələri ilə normal münasibətlərə malikdir”, - deyə Mesamed vurğulayıb.

İsrailli analitik hesab edir ki, Azərbaycan müsəlman dünyasında böyük nüfuza malik olan ölkədir.

“Hazırda İsrail müsəlman ölkələri ilə əlaqələr yaratmağa çalışır və bu məsələdə Azərbaycanın köməyinə arxalanır. Belə ki, Azərbaycan bir sıra İslam təşkilatlarına, məsələn, İslam Əməkdaşlıq Təşkilatına daxildir”, - deyə Mesamed qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin