Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Seyran Ohanyan öz yaxın ətrafında, vəzifədən getdikdən sonra sistemdə heç bir islahat aparılmadığını bildirib.
Onun sözlərinə görə, Ermənistan müdafiə nazirliyinin həyata keçirdiyi bütün fəaliyyətlər onun dövründə əldə edilmiş razılaşmalardır.
Ohanyan kadr islahatlarından, o cümlədən aprel döyüşlərindən sonra vəzifədən çıxarılanların yenidən vəzifəyə qaytarılmasından da narazı olduğunu bildirib. Sabiq müdafiə naziri, həmçinin "Xalq-Ordu" konsepsiyasını da qəbul etmədiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az