Rusiyalı politoloq: "Azərbaycana Rusiya istehsalı olan silahlarının satışı davam etdiriləcək"

2018/03/435345_1522135235.jpg
Oxunub: 2141     15:14     27 Mart 2018    
"Ermənistan hakimiyyətinin narazılıqlarına baxmayaraq, Azərbaycana Rusiya istehsalı olan silahlarının satışı davam etdiriləcək".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının nümayəndələri Konstantin Kusaçovun və Konstantin Zatulinin 1 ay ərzində Ermənistana səfər etmələrini şərh edərkən, rusiyalı politoloq Aleksey Malaşenko deyib.

Onun sözlərinə görə, Azərbaycana Rusiya istehsalı olan silahlarının satışı davam etdiriləcək.

"Ermənistan hakimiyyətinin narazılıqlarına baxmayaraq, Azərbaycana Rusiya istehsalı olan silahlarının satışı davam etdiriləcək. Bu ritorikada diplomatiyaya diqqət yetirildiyinə əminəm. Azərbaycanın tələb etdiyi halda Rusiyanın silah satmaqdan imtina edəcəyi ehtimalı azdır. Xüsusilə Rusiyanın indiki vəziyyətində silah satışı böyük məbləğdə gəlirlər təmin edir", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Rusiya   Silah-satışı  


Bizi "telegram"da izləyin