Ermənistan MN televizor və soyuducularını hərraca çıxarır - SİYAHI

2018/03/221280_src34_1522082731.jpg
Oxunub: 2261     00:40     27 Mart 2018    
İrəvanda hərrac yolu ilə Ermənistan müdafiə nazirliyinin əmlakları satışa çıxarılacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cari ilin martın 29-da saat 12:00-dən başlayaraq, hər iş günü İrəvanın əmtəə-xammal birjasında Ermənistan müdafiə nazirliyinin hesabından çıxarılan bir sıra əmlak və avadanlıqların hərrac yolu ilə satışı həyata keçiriləcək.

Aşağıda hərraca çıxarılan əmlak və avadanlıqların adları qeyd olunub:

"FSR 6000" analoqlu qəbuledici
Cihaz "S-9-1"
Peyk qəbuledicisi STRONG
Ölçü cihazı "İzut-10"
Televizor JVC AV-21EM
Soyuducu "Araqats"
Ötürücü qurğu "AVT"
Generator "Q3-102"
Cihaz "S-6-7 "
Qəfəs "Ş-9443"
Anten "ADY-2.5/8 "
Tuner "STRONG-4610"
Televizor 'JVC AV14 FTG2"
Peyk qəbuledicisi DRE-5000

Məlumata görə, 154 adda əmlak hərraca çıxarılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərrac  


Bizi "telegram"da izləyin