Ermənistanda hərbi hissəni ələ keçirməyə çalışıblar - DETALLAR

2018/03/7cae256d722234201d103d8125c253cdqüe_1521713053.jpg
Oxunub: 2059     18:01     22 Mart 2018    
Ermənistanda müdafiə nazirliyinin hərbi hissələrindən birini ələ keçirməyə çalışıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda “Sasna Tsrer” qrupu tərəfindən polis alayı zəbt edilməzdən aylar öncə, qrup daha çox silah və sursat olan hərbi hissələrdən birini ələ keçirməyi planlaşdırıb.

Məlumata görə, Sarkisyan hakimiyyəti bu plandan xəbərdar olub və hücum edənləri zərərsizləşdirməyə hazırlaşıb. Lakin qrup üzvləri hərbi hissənin hüdudlarına çatarkən, hərbi hissənin girişi yaxınlığında zirehli texnika dayandığını görüblər. Bu fakt, onları hərbi hissəni ələ keçirmə ideyasından çəkinməyə məcbur edib.

Deyilənlərə görə, zirehli texnikanı hərbi hissənin girişində saxlamaq haqqında əmr, həmin dövrdə Ermənistan müdafiə naziri olan Seyran Ohanyan tərəfindən verilib. Ohanyan bu yolla qrupa planın məğlubiyyətə uğradığı barədə xəbərdarlıq edib.

Məlumata görə, həmin dövrdə həbsdə olmayan Jirayr Sefilyan da əməliyyatda iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Silahlı-qrup  


Bizi "telegram"da izləyin