Düşmən mövqeləri "Kord" pulemyotları ilə təchiz edilib

2018/03/1386027936_kord_1521709697.jpg
Oxunub: 3653     19:58     22 Mart 2018    
Ermənistan ordusunun bəzi ön xətt mövqeləri “Kord” tipli pulemyotlarla təchiz edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun hərbi hissələrinin birinin komandiri polkovnik Soğomon Xaçatryan bildirib.

Onun sözlərinə görə, bəzi ön xətt mövqeləri “Kord” tipli pulemyotlarla təchiz edilib. Xaçatryan bildirib ki, gələcəkdə həmin mövqelərdə döyüş növbətçiliyini həyata keçirmək üçün müddətli xidmət hərbi qulluqçuları tamamilə müqaviləli xidmət hərbi qulluqçuları ilə əvəz ediləcək.

Xaçatryan, yerli əhalinin müqaviləli hərbi qulluqçu kimi qulluq etməsinə də toxunub.

"Zərurət olduğu hallarda kənd ətrafına xidmətə cəlb edilməsi məqsədilə sakinlərdən ibarət könüllü mühafizə qrupları təşkil edilib", - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin