Ermənistan MN-də suni abortla bağlı qalmaqal dərinləşir

2018/03/timthumb4566_1521024782_1521304291_1521706045.jpg
Oxunub: 3658     20:08     22 Mart 2018    
Ermənistan müdafiə nazirliyinin hərbi tibbi və Ermənistan müdafiə nazirliyinin müvafiq hərbi hissəsinin vəzifəli şəxsləri tərəfindən hərbi hissənin ginekologiya şöbəsində qeyri-qanuni olaraq abort faktı haqqında açılan cinayət işi yenidən təkan alır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iş çərçivəsində ilkin araşdırma aparan orqan tərəfindən prokurorluğun vəzifəli şəxslərinin ekspertizanın nəticələrinə təsir etdiyinə şübhə olduğu üçün təkrar ekspertiza təyin edilib.

İlk ekspertizanın cavabları qeyri-müəyyən olub və hüquq mühafizə orqanlarının əməkdaşları bu ekspertizanın nəticələri əsasında müəyyən bir nəticəyə gəlməyə çətinlik çəkiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Suni-abort  


Bizi "telegram"da izləyin