Daxili işlər naziri əsgərlərlə birgə nahar edib - FOTO

2018/03/din-1521555087_3043112322.jpg
Oxunub: 1290     22:27     20 Mart 2018    
Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Novruz”bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Daxili işlər naziri R. Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər.

Ordu.az

Teqlər: DİN   Novruz-Bayramı  

Daxili işlər naziri əsgərlərlə birgə nahar edib - FOTO

2018/03/din-1521555087_3043112322.jpg
Oxunub: 1291     22:27     20 Mart 2018    