Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.
“Gəmi, kater və qayıqların növbətçi bölmələri hava hədəflərini aşkarlayaraq şərti rəqibin hədəflərini uğurla məhv ediblər”, - deyə Astafyev bildirib.
O qeyd edib ki, təlimlərdə Su-34 bombardmançalarından da istifadə olunub.
“Təlimlərdə 20-dən çox suüstü gəmi, o cümlədən “Tatarıstan” və “Dağıstan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Maxaçqala” və “Həştərxan” raket gəmiləri iştirak edib”, - deyə Astafyev vurğulayıb.
Ağalar Qəribov
Ordu.az