Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi 2018-2024-cü illərdə sülh danışıqları yolu ilə Dağlıq Qarabağ münaqişəsinin sonuncu həllinin mümkünlüyünü proqnozlaşdırmır.
Ermənistan müdafiə nazirliyi 7 illik proqramını yayımlayıb. Həmin proqramdan bir hissəni təqdim edirik.
Sənədə görə, Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunma siyasətini davam etdirəcəyinə baxmayaraq, münaqişənin sonuncu həllinin mümkün olmayacağı bildirilir.
Azərbaycan hərbiləşdirmə, silahlanma yarışını və "aktiv sərhəd siyasətini" davam etdirəcək.
- Sərhəddə gərginliyin daim yüksək saxlayacaq;
- Yeni hücum silahları əldə edəcək;
- Qarşıdurmaların bərpası üçün informasiya və təbliğat hazırlıqlarını həyata keçirəcək.
Azərbaycanda Müdafiə Nazirliyi hərbi əməliyyatların bərpasına mümkün bir səbəbi nəzərdən keçirir.
Yuxarıda göstərilən vəziyyətləri nəzərə alaraq, Ermənistanda
- Müdafiə xərcləri ÜDM-in 4 faizindən az olmayacaq;
- Silahlı qüvvələrin geniş sayda, çağırışçılar və müqaviləli hərbi quluqçularla komplektləşdirilməsi;
- Hərbi texnika və silahlanmanın modernləşdirilməsi;
- Silahlı qüvvələrin döyüş hazırlığının artırılması;
- Hərbi müttəfiqlik çərçivəsində RF, o cümlədətn KTMT ilə əməkdaşlıq genişləndiriləcək;
- BMT, ATƏT, NATO ilə yanaşı ABŞ, Çin, Avropa və digər dövlətlərlə təhlükəsizlik sahəsində əməkdaşlıq genişləndiriləcək;
- Qonşu ölkələrlə bərabər balanslı münasibətlər;
- Qonşu ölkələrlə, o cümlədən tranzit marşrutlarının şaxələndirilməsinə və səmərəli istismarına uyğun olaraq balanslı münasibətlərin qorunmasına davam ediləcəkdir; - Türkiyə və Azərbaycanla əlaqələrin olmaması nəzərə almaqla tranzit marşrutlarının blokadası davam etdiriləcək.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 24-də Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyana, 2018-2025-ci illərdə Ermənistan ordusunun modernizasiyası üçün yeni, yeddi illik proqram hazırlanmasını həvalə edib.
Xatırladaq ki, artıq həmin proqram qəbul edilib. Yuxarıdakıları nəzərə alarsaq düşmənin 7 il ərzində, bəlkə də az bir müddətdə böyük təxribata hazırlaşdığını təxmin edə bilərik.
Alpər Mövludoğlu
Ordu.az