Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.
İrəvan sakini, "AA" şirkətinin sahibi Ermənistan baş prokurorluğuna müraciət edərək bildirib ki, 2008-2013-cü illər ərzində Ermənistan müdafiə nazirliyinin ehtiyacları üçün qeyd olunan şirkətdən alınan mallar haqqında, rəhbərlik etdiyi şirkətin xeyrinə qərar verilməsi üçün müdafiə nazirliyinin idarə rəisinin müavini, şirkətin satdığı malların qəbul edilməsi komissiyasının sədri M.X şərti adlı şəxs, hər il bağlanmış müqavilələrə əsasən 5-7% dəyəri həcmində rüşvət verilməsini tələb edib. Beləliklə də qeyd olunan şəxsə 29.220.000 erməni dramı (103491AZN) dəyərində rüşvət verildiyini bildirib.
Qeyd olunan "N" nömrəli idarənin rəis müavininə qarşı cinayət işi açılıb. 16 fevral 2018-ci ildə ona qarşı ittiham irəli sürülsə də o, özünü günahkar hesab etməyib. Məhkəmənin qərarı ilə o, həbs edilib.
Alpər Mövludoğlu
Ordu.az