ABŞ Gürcüstanın 9 batalyonunu NATO standartları əsasında təchiz edəcək

2018/03/456_1521191649.jpg
Oxunub: 2209     17:13     16 Mart 2018    
“ABŞ və Gürcüstan hərbçilərinin yeni birgə hazırlıq proqramı Gürcüstana NATO ilə yaxınlaşmağa daha çox kömək göstərəcək”.

Ordu.az “Грузия Online” nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levan İzoriya bəyan edib.

“Cəmi yarım ay bundan sonra bizim NATO standartlarına uyğun ordu quruculuğu istiqamətində inamlı addımlar atmaq üçün yeni bir imkanımızın olmasını bəyan edəcəyik”, - deyə İzoriya bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Gürcüstan ordusunun 9 batalyonunu NATO standartları əsasında təchiz etməkdə böyük köməklik göstərəcək və bu, NATO ilə Gürcüstanı daha da yaxınlaşdıracaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan   NATO  


Bizi "telegram"da izləyin