Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistanın Artik şəhərində "xalq-mağaza-ordu" adlı hərbi dükan açılıb və sakinlərin erməni əsgərlərinə zəruri olan hər şeyi bu dükandan ala biləcəklərinə dair şüar yayılıb.
Sosial şəbəkdə erməni istifadəçilər bu təşəbbüsü tənqid edib və zarafat edildiyini düşünərək narazılıqlarını ifadə ediblər. Bir çox istifadəçilər yeni açılan dükanın ordu rəhbərliyini biabır etdiyinə dair fikirlər səsləndirilib.
Ermənistan müdafiə nazirliyi isə məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.
Alpər Mövludoğlu
Ordu.az