2017-ci ildə Ermənistan nazirlikləri hansı satınalmaları edib? – SİYAHI

2018/03/KarenKarapetianYerevan45654_1521014633.jpg
Oxunub: 1299     11:56     14 Mart 2018    
2017-ci ildə bir şəxsdən edilən satınalmalar baxımından Ermənistanda mövcud 18 nazirlik arasında səhiyyə nazirliyi liderlik edir.

Ordu.az xəbər verir ki, Ermənistan hökumətinin saytında yerləşdirilən məlumata görə nazirlik tərəfindən ümumi hesabla 74,2 milyard dram dəyərində satınalma həyata keçirilib.

2017-ci ildə bir şəxsdən ən az satınalma 4,4 milyon dram dəyərində Ermənistan Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar nazirliyi tərəfindən həyata keçirilib.

Ermənistan Səhiyyə nazirliyindən başqa bir şəxsdən çox satınalma həyata keçirənlər arasında müdafiə nazirliyi də yer alır. Ermənistan Müdafiə nazirliyi ümumi hesabla 5,2 milyard dram dəyərində satınalma həyata keçirib.

Ermənistan əmək və sosial məsələlər üzrə nazirlik tərəfindən bir şəxsdən 2,9 milyard dram dəyərində, ədliyyə nazirliyi tərəfindən 1,1 milyard dram dəyərində, elm və təhsil nazirliyi tərəfindən 1 milyard dram dəyərində satınalma həyata keçirilib.

Digər 13 nazirliyə gəldikdə vəziyyət belədir:

Ermənistan fövqəladə hallar nazirliyi tərəfindən bir şəxsdən 220 milyon dram dəyərində, maliyyə nazirliyi tərəfindən 114 milyon dram dəyərində, diaspora nazirliyi tərəfindən 113 milyon dram, mədəniyyət nazirliyi tərəfindən 100 milyon dram, iqtisadi inkişaf və sərmayələr nazirliyi tərəfindən 77 milyon dram, xarici işlər nazirliyi tərəfindən 70 milyon dram, nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən 55 milyon dram, təbiəti mühafizə nazirliyi tərəfindən 54 milyon dram, kənd təsərrüfatı nazirliyi tərəfindən 48 milyon dram, enerji və təbii sərvətlər nazirliyi tərəfindən 34 milyon dram, ərazi idarəetmə və inkişaf nazirliyi tərəfindən 19 milyon dram, idman və gənclərlə iş üzrə nazirliyi tərəfindən 17 milyon dram, beynəlxalq inteqrasiya və islahatlar nazirliyi tərəfindən 4,4 milyon dram dəyərində satınalma həyata keçirilib.

Ermənistan səhiyyə nazirliyi

Bu hissədə bir şəxsdən ən çox satınalma həyata keçirən 5 nazirliyin aldıqlarını nəzərdən keçirəcəyik. Artıq qeyd edildiyi kimi, Ermənistan səhiyyə nazirliyi 2017-ci ildə bir şəxsdən 74.2 mlrd dram satınalma həyata keçirib. Bu xərcin böyük hissəsi 37,3 mlrd dram xəstəxanaların payına düşür. Xəstəxanalardan kənar xidmətlərə nazirlik 12,9 mlrd dram xərcləyib. Ambulator-tibb xidmətinə və iş gigiyenasına müvafiq olaraq 9.7 mlrd dram və 2.9 mlrd dram pul sərf edilib.

Ermənistan səhiyyə nazirliyi həmçinin ginekoloqiya sahəsinə və doğum xidmətlərinə 2.3 mlrd dram, xəstəxanalar tərəfindən göstərilən tibbi xidmətlər 1.4 mlrd dram, tibbi laboratoriyalar tərəfindən göstərilən xidmətlərə 1.7 mlrd dram, təcili tibbi yardım sahəsinə 1.5 mlrd dram, peyvənd və peyvənd üçün zəruri təchizatlara 1.4 mlrd dram pul sərf edib.

Nazirlik tərəfindən digər sahələrə də vəsait sərf edilib. Buna ərazilərin kirayələnməsi, ortopediya xidmətləri, tibbi xidmətlər, psixatriya xəstəxanaları tərəfindən göstərilən xidmətlər, dərman xidmətləri, tibi təhlil xidmətləri, xəstəxana şəraitində dializ xidmətləri, diş müalicəsi xidmətləri və sairə daxildir.

Ermənistan müdafiə nazirliyi

Bir şəxsdən edilən satınalmalar siyahısında 2-ci yeri Ermənistan müdafiə nazirliyi tutur. Nazirlik 2017-ci ildə 5.2 mlrd dram satınalma həyata keçirib. Satınalmaların böyük əksəriyyətini 2.1 mlrd dram və ya ümumi satınalmaların 40.7%-ni enerji alışı təşkil edir. Daha sonra təbii qaz satınalması 1.4 mlrd dram və ya satınalmaların 27.1%, icməli su 667 milyon dram və ya 12.7% təşkil edib. Müdafiə nazirliyi 650 milyon dram və ya 12.4 % məşğələ qurğuları satınalmasına sərf edib.

Ermənistan əmək və sosial məsələlər üzrə nazirliyi

Bir şəxsdən edilən satınalmalar göstəricisinə görə nazirlik 2.9 mlrd dram vəsait sərf etməklə, 3-cü yerdədir.

Nazirliyin satınalmalarının böyük əksəriyyətini 2 mlrd dram və ya bir şəxsdən edilən satınalmaların 67%-ni poçt xidmətləri təşkil edib. Nazirlik 314 milyon dram sosial müdafiə sahəsinin informasiya sisteminə qulluq sahəsi xidmətlərinə sərf edib. Bundan başqa nazirlik sosial-tibbi sahənin bərpası xidmətlərinə 111 milyon dram, bank xidmətlərinə 82 milyon dram, qeyri yaşayış sahəsi daşınmaz əmlakın kirayəsi və ya lizinq xidmətlərinə 77 milyon dram, elektrik paylanmasına, elektrik qurğularının təmirinə və qorunması xidmətlərinə 76 milyon dram, psixi sağlamlığın bərpası xidmətlərinə 70 milyon dram, proqram təminatı qulluğu xidmətlərinə 67 milyon dram və sairə vəsait sərf edilib.

Ermənistan ədliyyə nazirliyi

Ermənistan ədliyyə nazirliyi 2017-ci ildə bir şəxsdən 1.1 mlrd dramdan çox satınalma həyata keçirib. Bunun böyük əksəriyyətini 316 milyon dram elektrik enerjisinin ödənişi təşkil edir. Nazirlik keçən il 286 milyon dram xidmət haqqı olaraq ödəniş edib.

Nazirlik tərəfindən qeyd edilən dövr ərzində 1-ci növ buğda çörəyi almaq üçün 175 milyon dram, təbii qaz təminatına görə 152 milyon dram, 116 milyon dram poçt xidmətlərinə, telefon əlaqəsi xidmətlərinə 44 milyon dram, içməli su və kanalizasiya xidmətləri təminatına 44 milyon dram vəsait sərf edib.

Ermənistan elm və təhsil nazirliyi

Ermənistan elm və təhsil nazirliyi 2017-ci ildə bir şəxsdən 1 mlrd dramdan çox satınalma həyata keçirib. Bunun böyük əksəriyyətini tədris əl vəsaitlərinin nəşr edilməsi təşkil edib.

Nazirlik keçən il 103 milyon dram jurnalların nəşrinə, 11.6 milyon dram səyyar rabitə, mobil və şəhər telefonları xidmətlərinə sərf edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Satınalmalar  

Xəbər lenti

2017-ci ildə Ermənistan nazirlikləri hansı satınalmaları edib? – SİYAHI

2018/03/KarenKarapetianYerevan45654_1521014633.jpg
Oxunub: 1300     11:56     14 Mart 2018    