ABŞ özünün nəzarət etdiyi biotəhlükəsizlik strukturu formalaşdırmağa çalışır - Lavrov

2018/02/74984654654_1519825157.jpg
Oxunub: 1499     21:42     28 Fevral 2018    
Birləşmiş Ştatlar bioloji silahların qadağası ilə bağlı konvensiyanın tətbiqi məsələsində təsdiqləmə mexanizmi hazırlamağa və sadəcə Vaşinqtonun nəzarətində olan biotəhlükəsizlik strukturu formalaşdırmağa çalışır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, BMT-nin tərk-silah üzrə konfransında çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov vurğulayıb.

“Biz bioloji silahların təhdidini unutmamalıyıq. Onların ölümcül təsiri məlum olan bütün insan öldürmə metodlarının hamısını geridə qoyur. ABŞ-ın sərgilədiyi mövqeyə görə, bioloji və toksin silahların qadağası konvensiyasının təsdiqlənmə mexanizminin hazırlanması hələ də bloklanıb. Ümid edirəm ki, amerikalı həmkarlar bu məsələdə daşıdıqları məsuliyyətdən xəbərdardırlar”, - deyə Lavrov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Biotəhlükəsizlik   ABŞ  


Bizi "telegram"da izləyin