Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tenderdə STM-in rəqibi həmin sualtıların istehsalçısı olan Fransa firması olub.
Məlumata görə, “Pakistan Hərbi Dəniz Qüvvələri Agosta 90B Sualtı Modernizasiya 2-ci Sualtı Kontrakt” imzalama mərasimi Pakistan Müdafiə Nazirliyində həyata keçirilib.
İlk gəminin modernizasiyanın 2020-ci ildə başa çatdırılması gözlənilir. Şirkət digər sualtıların da həmin vaxtdan etibarən bir il ara ilə Pakistan HDQ-yə çatdırılacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az