Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Təhsil Alanların Müdafiəsi üzrə Milli Koalisiyanın rəhbəri Pet Elder bəyan edib.
O qeyd edib ki, Foridada mətkəbdə 17 nəfəri öldürən Nikolas Kruz atəş açmağı məhz bu proqram çərçivəsində öyrənib.
“Bu uşaq ehtiyatın kiçik zabitlərinin ordudankənar atəş hazırlığı proqramında iştirak edib. Məhz orada ona ölümcül silahlardan atəş açmağı öyrədiblər. Halbuki proqramda iştirak edəndə o, 10-cu sinifdə oxuyurdu”, - deyə Elder bildirib.
Elderin sözlərinə görə, ABŞ-da yalnız məktəblərdə 2000-dən çox belə proqram realizə edilir və bu, dəhşətli göstəricidir.
Ağalar Qəribov
Ordu.az