“Mən Rusiyaya münasibətdə Obamadan daha sərtəm” - Tramp

2018/02/345345_1519201665.jpg
Oxunub: 3543     16:26     21 Fevral 2018    
“Moskvaya münasibətdə öz sələfim Obamadan daha sərt siyasət həyata keçirirəm”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Nə qədər sərt olduğumu anlamaq üçün faktlara nəzər salmaq kifayət edər”, - deyə Tramp bildirib.

Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders də Trampın sözlərini təsdiq edib.

“O, prezident olduğu bir il ərzində Obamnın yeddi il ərzində edə bilmədiyini edib. Tramp saksiyalar daxil edib, üç diplomatik obyekti bağlayıb, ABŞ ordusunu gücləndirib”, - deyə Sanders vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya  


Bizi "telegram"da izləyin