Tillerson kibertəhlükəsizlik bürosu yaradacaq

2018/02/345345_1519195631.jpg
Oxunub: 2083     14:45     21 Fevral 2018    
“ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentində təhlükəsizlik məsələləri üzrə büro yaratmaq qərarına gəlib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.

“Artıq kibertəhlükəsizlik məsələsinə mövqeyimiz dəyişir. Dövlət katibi Dövlət Departamentində kibertəhlükəsizlik məsələri üzrə büro yaradacaq”, - deyə Nauret bildirib.

O qeyd edib ki, yeni yaradılacaq büroya Tillersonun köçəkçilərindən biri rəhbərlik edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin