Pxenyan ABŞ-ı Koreyaarası münasibətləri pozmaqda günahlandırıb

2018/02/4556290568768_1519019708.jpg
Oxunub: 2801     14:02     19 Fevral 2018    
KXDR ABŞ-a Cənubi Koreya ilə keçiriləcək təlimlərin yenilənməsi mövzusunda xəbərdarlıq edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-in mərkəzi qəzeti olan “Rodong” nəşri məlumat yayıb.

“ABŞ Olimpiya məşəlinin sönməsindən dərhal sonra yaxşılaşmış Koreyaarası münasibətlərə son qoymaq niyyətindədir. Vaşinqton Pxyonçxanda Olimpiadanın bitməsindən dərhal sonra Seulla hərbi təlimləri yeniləmək barədə səs-küy qaldırır”, - deyə məlumatda qeyd edilir.

Qəzet Vaşinqtonun siyasəti səbəbilə regionda gərginliyin artdığını vurğulayır. Həmçinin qeyd edilir ki, hazırda Koreya yarımadası, qonşu dövlət və ərazilərdə ABŞ Strateji Qoşunları, o cümlədən digər çoxsaylı ordu birləşmələri toplaşır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin