Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, hazırda donanmanın 6 sualtı gəmisi olsa da, son yoxlamalar heç birisinin vəziyyətinin qənaətbəxş olmadığını üzə çıxarıb.
“Bu donanma üçün həqiqətən bəladır. Tarixdə ilk dəfə olaraq bir neçə ay ərzində, heç bir sualtı əməliyyat qabiliyyətimiz olmayacaq”, - deyə Bundestaqın silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Hans-Peter Bartel bildirib.
Üstəlik problemin təkcə sualtı gəmilərlə bağlı olmadığı görünür. Almaniya hazırda köhnəlmiş F122 Vremen freqatlarını əvəzləmək üçün 4 ədəd yeni F125 “Baden-Vürttemberq” sinifli freqatın hazırlanması layihəsinin üzərində işləyir. Lakin bu layihənin də problemlərlə üzlışdiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az