İsrail özünün TIKAD zərbə PUA-sını təqdim edib, bu PUA silah və qumbaraatan daşımağa qadirdir.
Ordu.az Rg.ru saytına istinadən xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
“Deku Robotics” şirkəti tərəfindən hazırlanan PUA müstəqil şəkildə müharibələrin aparılmasında istifadə edilə bilər.
Şirkətin yaradıcısı, İsrail xüsusi təyinatlılarının keçmiş komandiri Raziel Atuar hesab edir ki, bu PUA-lar müharibə anlayışının özünü və onların aparılma metodlarını dəyişəcək.
Lakin yeni “uçan əsgər”lər barədə təfərrüatlı məlumatlar hələ ki, yoxdur.