Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Brüsseldəki toplantısında danışan Türkiyə müdafiə naziri Nurəddin Canikli səsləndirib.
“Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün Afrindən terrorçuları təmizləməkdə qərarlıyıq. Lakin təəssüf ki, NATO ölkələri öz suverenliyinə təhdid olan terrorçulara qarşı mübarizəsində Türkiyəyə kifayət qədər dəstək göstərmir”, - deyə Canikli bildirib.
Ağalar Ağalarlı
Ordu.az