Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Kinşçak bildirib.
Onun sözlərinə görə, ABŞ ola bilsin ki, Suriyada yeni hərbi əməliyyatlara hazırlaşır.
“Bu yaxınlarda hökumət qüvvələri tərəfindən Qutanın Şərqində və İdlibdə sarin qazının və xlorun istifadəsi məsələsi yenidən gündəmə gətirildi. Xan Şeyxunun kədərli təcrübəsindən yola çıxaraq deyə bilərik ki, məğlubiyyətə uğrayan silahlıları dəstəkləmək və müharibədən sonra ortaya çıxan uğurlu həll prosesini zəiflətmək üçün Suriyaya qarşı yeni güc tədbirləri hazırlanır”, - deyə o qeyd edib.
Səfir, xüsusilə ABŞ-ın BMT-də yeni anti-Suriya sanksiyalarına nail olmağa çalışdığını vurğulayıb. Onun sözlərinə görə, Qərb Suriyanın kimyəvi dosyesini Rusiyaya qarşı kampaniyasında istifadə edir.
“Qərb üçün bu anti-Suriya və hazırda anti-Rusiya oyunu üçün olduqca vacib kartdır. O, Dəməşq və onun müttəfiqlərinə, xüsusilə Moskvaya qarşı sabit təzyiqlər tətbiq etmək üçün bir vasitədir. Bu vasitə dünyanın ictimai rəyini manipulyasiya etmək və “Bəşər Əsədin kriminal rejimi”ni şeytaniləşdirməkdə yaxşı istifadə oluna bilər”, - deyə Kinşçak əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az