“ABŞ qoşunları Almaniyadan Polşaya yerləşdirilməlidir” - Roqan

2018/02/IMG-20180208-WA0013_1518103692.jpg
Oxunub: 3625     23:07     08 Fevral 2018    
“Birləşmiş Ştatların prezidenti Donald Tramp Almaniyadakı ABŞ qoşunlarını Polşaya yerləşdirməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr Tom Roqanın həftəlik nəşr olunan “Washington Examiner” jurnalında çıxan məqaləsində qeyd olunub.

Məqalədə Almaniyanın öz ÜDM-sinin sadəcə 1,2-1,3%-ni müdafiəyə xərclədiyini və ölkənin kansleri Angela Merkelin müdafiə xərclərini artırmaqla bağlı NATO-ya verdiyi vədinə xilaf çıxdığı bildirilir.

“O, qərbin beynəlxalq elitasının qəhrəmanı ola bilər, lakin müdafiə xərclərini artıracağı ilə bağlı vədindən dönməklə Almaniya kansleri Angela Merkel bütün beynəlxalq alyansların ən vacibinə, NATO-ya xəyanət etdi.”, - deyə Roqan yazır.

O, xəyanətin dünən baş verdiyini bildirib. Dünən Merkel Xristiyan Demokratlar və mərkəz solçularla koalisiya qurmaqla bağlı razılığa gəldilər. Koalisiya isə NATO-nun müdafiə xərcləri ilə bağlı qoyduğu 2% şərtin yerinə yetirilməməsi şərti ilə qurulub.

Roqana görə Almaniya ordusu gedərək daha da acizləşir, NATO-nun isə daha böyük gücə ehtiyacı var. Çünki Rusiya və Şimali Koreyadan gələn təhdid artır.

“Buna qarşılıq olaraq ABŞ ordusunun Almaniyadan Polşaya yerləşdirilməsinin vaxtı çatıb. Ola bilsin ki, qoşunların Polşaya aparılması üçün lazım olan vaxt və maliyyə qısa vədə də çoxdur, amma bu uzun müddət üçün çox səmərəli olacaq. Polşa həm strateji, həm də coğrafi olaraq Rusiya hərbi təhdidinin ön cəbhəsidir. ”, - deyə Roqan əlavə edib.

O, Polşanın NATO-ya uyğun addımlar atdığını, artıq ÜDM-sinin 2%-ni müdafiəyə xərclədiyini qeyd edib. Onun sözlərinə görə, Polşa daha da irəli gedərək, 2,5%-ə doğru addımlayır.

“Polşaya yollanmağın vaxtıdır”, - sözləri ilə Roqan məqaləsini bitirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya   Polşa  


Bizi "telegram"da izləyin