Pakistanın Svat vadisində yerləşən hərbi düşərgəsinə edilən kamikadze hücumu nəticəsində ən azı 11 əsgər həlak olub, 13 nəfər isə yaralanıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlərin arasında ordu kapitanının olduğu bildirilir.
Məlumata görə, insident hərbçilərin voleybol yarışı əsnasında kampa daxil olan gənc qiyamçının özünü partlatması nəticəsində baş verib.
“Taliban” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Pakistan
Taliban
Şəhid