“Suriyada Su-25 ABŞ DZRK-sı ilə vurulub” - Zaxarova

2018/02/masa-145645_1518096492.png
Oxunub: 3193     21:26     08 Fevral 2018    
“Hazırda Suriyada Rusiyanın Su-25 təyyarəsini vuran daşınan zenit raket kompleksinin atəş yerini müəyyənləşdirmək üçün ekspertiza aparılır”.

Ordu.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Həmçinin bu kompleksin terrorçuların əlinə necə keçməsi ilə də əlaqədar araşdırma aparılır”, - deyə Zaxarova bildirib.

O qeyd edib ki, DZRK-nın bütün elementləri aşkarlanmayıb, lakin tapılan hissələr onun üçüncü nəsil Amerika istehsalı olan daşınan zenit raket kompleksi olduğunu göstərir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Su-25  


Bizi "telegram"da izləyin