Ordu.az Türkiyə “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Türkiyə ordusu Suriyada hərbi əməliyyatın genişləndirilməsinə hazırlaşır. Afrində terrorçuların məhv edilməsidən sonra döyüş fəaliyyəti İdlib vilayətində davam edəcək”, - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Afrin əməliyyatı sadəcə daha irimiqyaslı əməliyyata hazırlıqlıdır və Türkiyə ordusunun əsas hücumları hələ qarşıdadır.
Ağalar Qəribov
Ordu.az