Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Terrorizmlə Mübarizə Əməliyyatının qərargahından bildirilib.
“Son gün ərzində separatçı qüvvəllər Ukrayna müdafiəçilərinə qarşı hücumlarını artırdı. Ağır minaatanlardan əlavə düşmən cəbhə xəttində tanklardan və artilleriya sistemlərindən də istifadə edib. Atışma qaranlıq düşəndən sonra daha da şiddətlənib. Ümumilikdə 17 hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir əsgəri yaralanıb”, - deyə məlumatda qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az