Ordu.az “Washington Post” nəşrinə istinadən xəbər verir ki, hökumətin NATO və ABŞ-ın son zamanlarda Avropa ölkələrinə müdafiə xərclərini artırmaq üçün təzyiqləri artırmasından təsirləndiyi ehtimal edilir.
Nazirlər Kabinetinin bugünki görüşündə açıqlanan layihə 2019-2025-ci illər arasında müdafiə xərclərinə 295 milyard avro (364 milyard dollar) ayrılmasını nəzərdə tutur. Bura 2022-ci ilə qədər hər il üçün əlavə 1.7 milyard dollar vəsait də daxildir. Xərclərin artırılmasında başlıca məqsədin kibermüdafiə və kəşfiyyatı inkişaf etdirmək, sursatları modernizasiya etməkdir.
NATO-nun istəyi üzərinə Makron 2025-ci ilə qədər hərbi xərcləri ÜDM-nin 2%-nə qədər artıracağına söz verib. Müdafiə büdcəsinin azalması ilə bağlı Makronla söz davasına çıxan Fransa Baş Qərargah rəisi ötən il istefa verdi.
Fransanın Yaxın Şərqdən Afrikaya qədər minlərlə əsgəri var. Britaniya Avropa İttifaqını tərk etdikdən sonra İttifaqın yeganə nüvə dövləti olacaq.
Ağalar Ağalarlı
Ordu.az