Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, koalisiyanın təyyarələri Fərat çayının 8 kilmetr şərqində Suriya ordusuna havadan hücum gerçəkləşdiriblər.
Hücum nəticəsində Suriya ordusunun ən azı 110 hərbi qulluqçusunun öldürüldüyü bildirilir.
Hücumda artilleriya və T-54, o cümlədən T-72 tanklarından da istifadə olunub.
Qeyd edək ki, ABŞ bu zərbələri fevralın 7-də Suriya ordusunun Vaşinqton tərəfindən dəstəklənən PYD qüvvələrinin baş qərargahına edilən hücuma cavab olaraq endirib.
Bu məlumat “Inherent Resolve” əməliyyatı qərargahının mətbuat xidmətindən açıqlanıb.
Ağalar Qəribov
Ordu.az