Pxenyanda hərbi parad keçirilib - VİDEOLAR

2018/02/134535345_1518072154.jpg
Oxunub: 2172     14:37     08 Fevral 2018    
Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində Koreya Xalq Ordusunun yaradılmasının 70 illiyinə həsr edilən hərbi parad keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

KXDR-in “Nodon sinmun” qəzeti qeyd edir ki, paradın keçirilməsi KXDR-in öz ordusunun formalaşdırılması məsələsinə ciddi yanaşdığını göstərir.

Qeyd edək ki, buna qədər KXDR-də hərbi parad fevralın 25-də - Kim İr Sen tərəfindən partizan bölmələrinin yaradılmasını ildönümündə qeyd edilirdi.








Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Hərbi-parad  


Bizi "telegram"da izləyin