Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri İtsunori Onodera bəyan edib.
Nazirin sözlərinə görə, belə raketin məhv edilməsinin mümkünsüzlüyü onun hərəkət sürəti ilə əlaqədardır.
“Ötən il KXDR dəfələrlə raket atışları həyata keçirib və bütün hallarda onların traektoriyası şaquli idi. Belə olan halda uçuş traektoriyasını bitməsi ərəfəsində raket hədəfə böyük sürətlə düz bucaq altında yaxınlaşır və demək olar ki, onu zərərsizləşdirmək mümkün deyil”, - deyə Onodera bildirib.
Ağalar Qəribov
Ordu.az