Bu gün KXDR paytaxtının mərkəzində, adətən hərbi paradların keçirildiyi Kim İr Sen adına meydanda xeyli sayda hərbi texnikanın toplaşması qeyd alınıb.
Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentlik hal-hazırda Pxenyanda olan xarici vətəndaşlardan birinə istinad verir.
Qeyd edək ki, son günlərdə yapon və Qərb mətbuatında fevralın 8-də Pxenyanda hərbi paradın keçiriləcəyi ilə bağlı məlumatlar dərc olunub.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
KXDR
Pxenyan
Hərbi-parad