“Soçi Konqresi nəticəsiz keçdi” - Mettis

2018/02/AA910F19-1E16-4DF0-B9B2-FD641930EBCF_w1023_r1_s234534_1517638257.jpg
Oxunub: 1389     14:09     03 Fevral 2018    
“Soçidə Suriya Milli Dialoq Konqresi çərçivəsində keçirilən danışıqlar müsbət nəticə vermədi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Biz İŞİD-lə birdəfəlik bitirmək, onları tərəfindən nəzarət olunan bütün əraziləri məhv etmək istəyirik ki, onlar qaçmağa məcbur olsunlar və bunun nəticəsində Suriyaya dair Cenevrə danışıqlarında daha rahat iştirak edə bilək. Bizdən bu barədə soruşan insanlar görürlər ki, artıq Cenevrə prosesi yenilənir”, - deyə Mettis bildirib.

O qeyd edib ki, Soçi Konqresi uğursuz oldu və artıq həm de Mistura, həm də BMT öz diqqətini Cenevrə prosesinə yönəldəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi-konqresi   Cenevrə   Mettis  


Bizi "telegram"da izləyin