Pentaqon ABŞ-ın nüvə siyasətində böyük dəyişiklik elan edib

2018/02/izbrannyj-prezident-ssha-i-general-dzhejms-mettis__100075_3454_1517637497.jpg
Oxunub: 2451     13:56     03 Fevral 2018    
ABŞ-ın sabiq prezidenti Barak Obamanın birinci prezidentlik müddətindən etibarən ABŞ-ın Nüvə Vəziyyəti İcmalı ilk dəfə yenilənib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqonun açıqladığı yeni nüvə strategiyasına görə ABŞ arsenalına yeni silahlar əlavə edəcək.

Yeni strategiyadakı bu dəyişikliyin Rusiyanın yenidən qlobal güc kimi meydana çıxması və Çinin öz güc əzələlərini sərtləşdirməsinə qarşı cavab olduğu qeyd edilib. Bu ölkələrin öz nüvə arsenalına böyük yatırımlar etməsi, İran və Şimali Koreyanın nüvə imkanlarını artırması da strategiyada dəyişikliyə səbəb kimi göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin