Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Pentaqon tərəfindən təqdim edilən nüvə doktrinasında bəhs edilir.
“İran Ümumi Fəaliyyət Planına uyğun olaraq öz nüvə proqramının məhdudlaşdırılmasına razılaşa bilər. Həmçinin əgər belə qərar qəbul edilərsə, İran bir il müddətində nüvə silahının yaradılması üçün texnoloji imkanlara malikdir”, - deyə sənəddə qeyd olunur.
Həmçinin bildirilir ki, Ümumi Fəaliyyət Planı 2031-ci ilədək öz qüvvəsini saxlayacaq və bundan sonra İran yenə də nüvə silahı hazırlaya biləcək, məhz bu səbəbdən Planın müddəalarını sərtləşdirmək lazımdır.
Ağalar Qəribov
Ordu.az