Türkiyə “HISAR-A” raketinin uğurlu sınağını həyata keçirib

2018/02/IMG-20180202-WA0017_1517596538.jpg
Oxunub: 3019     02:42     03 Fevral 2018    
Türkiyə istehsalı “HİSAR-A” qısa mənzilli havadan müdafiə raketinin sınağı uğurla baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Ağsaray vilayətində baş tutub.

Raket Türkiyənin aparıcı müdafiə kontraktorları olan “Roketsan” və “ASELSAN” kompaniyaları tərəfindən hazırlanan “HİSAR-A” Türkiyə Quru Qoşunları Komandanlığına çatdırılacaq.

Raket 15 kilometr mənzilə malikdir və maksimum 5 min metr yüksəklikdə uça bilir. Həmin raket ailəsinin digər üzvü “HİSAR-O” isə 25 kilometr mənzilə və 15 kilometr uçuş yüksəkliyinə qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HISAR-A  


Bizi "telegram"da izləyin