TSQ: Afrində ZRK-lar ələ keçirilib

2018/02/SA-16_Gimlet_9K310_Igla-1_missile_portable_air_defense_missile_system_manpads_Russia_Russian_defence_industry_64034534_1517575656.jpg
Oxunub: 3437     20:44     02 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələri “Zeytun Budağı” əməliyyatları çərçivəsində Afrində terrorçulara məxsus xeyli sayda silah, mərmi və bir ədəd SA-18 havadan müdafiə raketini ələ keçirib.

Ordu.az Anadolu” agentliyinə istinadən xəbər verir ki, ələ keçirilən silahlar PYD/YPG və İŞİD terrorçularına məxsusdur.

Ələ keçirilən silahlar 1 ədəd SA-18 havadan müdafiə raketi, 4 ədəd Kalaşnikov, 2 pulemyot, 2 RPQ-7 raketatıcı, 1 ədəd snayper tüfəngi, 3 ədəd tank əleyhinə mina, 2 ədəd əl qumbarası, 3 ədəd binokl, 2 ədəd radio və xeyli sayda yüngül silah mərmisidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Zeytun-budağı  


Bizi "telegram"da izləyin