Rusiyada S-300 komplekslərinin iştirakı ilə təlimlər keçirilib

2018/02/481_1517555069.jpg
Oxunub: 2330     15:05     02 Fevral 2018    
Mərkəzi Hərbi Dairənin Sverdlovsk vilayətində yerləşən S-300PS zenit raket sistemləri Yekaterinburq ətrafında şərti rəqibin hava hücumunu uğurla dəf edib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

“S-300 kompleksləri döyüş hazırlığının yoxlanması üzrə təlimlər çərçivəsində MiQ-31 təyyarələrini təqlid edən 3 ədəd sürətli təyyarəni, Mi-8 helikopterini təqlid edən yerə yaxın yüksəklikdən uçan hədəfi aşkarlayıb, izləyib və məhv ediblər”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-300  


Bizi "telegram"da izləyin