Pentaqon: Rusiya SQ-dən beynəlxalq hava məkanında peşəkar davranış gözləyirik

2018/02/480_1517554446.jpg
Oxunub: 2307     14:54     02 Fevral 2018    
“Birləşmiş Ştatlar Rusiyadan beynəlxalq hava məkanında peşəkar davranış gözləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəsmi nümayəndəsi Conni Maykl bəyan edib.

“Birləşmiş Ştatlar öz fəaliyyətini beynəlxalq qanun və standartlara uyğun olaraq həyata keçirir və bütün tərəflər, o cümlədən də Rusiyadan beynəlxalq hava və dəniz ərazisində peşəkar və təhlükəsiz davranış gözləyirik”, - deyə Maykl bildirib.

Onun sözlərinə görə, təhlükəsiz fəaliyyəti ciddi itkilər gətirə və hadisədə iştirak edən uçuş ekipajlarının zədələnməsi ilə nəticələnə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin