“Rusiya NATO-nun mütəşəkkilliyini pozmağa çalışır” – Mettis

2018/02/1508581818345345_1517553566.jpg
Oxunub: 4007     14:32     02 Fevral 2018    
“Rusiya NATO-nun mütəşəkkilliyi və imkanlarını pozmağa çalışır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafə naziri Ceyms Mettis bəyan edib.

“Biz Böyük Britaniyanın hərbi və diplomatik səylərini qiymətləndiririk... Xüsusən də, Rusiyanın NATO-nun mütəşəkkilliyi və imkanlarını pozmağa və zəiflətməyə çalışdığı bir dövrdə”, - deyə Mettis Böyük Britaniya müdafiə naziri Gevin Uilyamsonla görüş çərçivəsində bildirib.

Xatırladaq ki, daha öncə Uilyamson Moskvanın aqressiv planları barədə bəyanatlar çıxış etmişdi, lakin bu çıxış Birləşmiş Krallığın kəşfiyyat qurumunun qəzəbinə səbəb oldu.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Uilyamson   Rusiya-NATO  


Bizi "telegram"da izləyin