Pentaqon: ABŞ Əfqanıstanda uğursuz olduğunu düşünmür

2018/02/435345345345_1517311844_1517548760.jpg
Oxunub: 3905     13:18     02 Fevral 2018    
“ABŞ Müdafiə Nazirliyi ölkənin Əfqanıstanda uğursuzluğa düçar olduğunu düşünmür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün açıq brifinqdə Pentaqon nümayəndəsi Dana Uayt Pakistan baş naziri Şəhid Abbasinin fikirlərini şərh edərkən bildirib.

“Biz Əfqanıstanda uğursuzluğa düçar olmadıq”, - deyə Uayt jurnalistlərin Pakistan hökumətinin bəyanatını şərh etmək barədə xahişə cavab verərkən qeyd edib.

Xatırladaq ki, Şəhid Abbasi “Washington Post” qəzetinə müsahibəsində Pentaqonun Əfqanıstandakı əməliyyatları nəticəsində ölkənin növbəti Vyetnama çevrilməsinin mümkünlüyü barədə danışaraq Vaşinqtonun Əfqanıstandakı əməliyyatlarını tənqid edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Əfqanıstan  


Bizi "telegram"da izləyin