Ordu.az “Fox News” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə nazirinin müavini Patrik M. Şanaxan səsləndirib.
Keçmiş “Boeing” səlahiyyətlisi olan Şanaxan bu səyləri gücləndirmək məqsədilə Müdafiə Nazirliyinin satınalmalar üzrə rəhbəri Ellen M. Lord və Müdafiə Təhlükəszilik Əməkdaşlıq Agentliyinin rəhbəri general-leytenant Çarles Huperlə görüşüb.
Hətta Tramp belə müqaviləllərdə vasitəçilik edir. Ötən ilin may ayında Səudiyyə Ərəbistanına etdiyi səfərində Tramp bu ölkə ilə təqribən 110 milyard dollarlıq qabaqcıl hərbi sursat satışı və təlim üçün müqavilə bağlayıb. Müqaviləyə THAAD sistemləri, “Abram” tankları, döyüş gəmiləri, raketdən müdafiə sistemləri, radar, kommunikasiya və kibertəhlükəsizlik texnologiyaları daxildir.
Eyni formada Tramp Norveçin Baş naziri Erna Solberqlə də saziş imzaladığını bildirib. O, mətbuat konfransında Norveçlə çoxlu biznes əməkdaşlığının edildiyini, bu vaxta qədər Norveç tərəfindən F-35-lər və başqa sursatların alındığını, bu münasibətlə onları təbrik etdiyini qeyd edib.
Qeyd edək ki, ABŞ artıq keçən il xarici hərbi satış rekordunu qırıb. Belə ki, ötən il ümumilikdə digər dövlətlərə ABŞ silah istehsalçıları tərəfindən 49.9 milyard dollarlıq satış edilib.
Ağalar Ağalarlı
Ordu.az