Pentaqon Rusiya və Çinin peyk əleyhinə silahlarından çəkinir

2018/02/1031143847324_1517504092.jpg
Oxunub: 3627     00:53     02 Fevral 2018    
Pentaqon qarşıdakı iki il ərzində Rusiya və Çinin ABŞ-ın aşağı orbitdəki obyektlərini vura biləcək peyk əleyhinə silahlar hazırlayacağından narahatdır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ Baş Qərargahının kəşfiyyat idarəsi bildirib ki, sözügedən silahlar inkişaf mərhələsindədirlər və 2020-ci ilin əvvəllərində döyüş qabiliyyətinə malik olacaqlar.

“Hər ikisi ABŞ-ın təsirini azaltmaq məqsədilə həmin silahların hazırlanmasına ciddi diqqət ayırır

Moskvanın bu silahlara illik 5 milyard dollar ayırdığı ehtimal edilir. Rusiyanın S-300, S-400 və S-500 yer-hava raketləri də həmin aşağı orbitdəki obyektləri vurmağa qadirdir.

Çinin proqramı məxfidir, lakin çox böyük olduğu zənn edilir. 2012, 2013 və 2014-cü ildə Pekin bir neçə raket sınaqları həyata keçirib. Pentaqon isə həmin raketlərin asanlıla peykləri vurmaq üçün modifikasiya edilə biləcəyini bildirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Rusiya-Çin   Peyk-silahları  


Bizi "telegram"da izləyin