Ordu.az üçün ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiya tərəfinin ABŞ sanksiyalarının Rusiya müdafiə sənaye kompleksi üçün milyardlarla dollar zərbə vurması, lakin strateji baxımdan və düzgün fəaliyyət halında Moskvaya sərfəli olması barədə bəyanatını şərh edərkən bildirib.
Onun fikrinə görə, maliyyə axını olmadan Rusiya müdafiə sənayesi kompleksi böhran yaşayacaq, istehsal olunan məhsulların həcmi azalacaq, bəzi istehsal sahələri dayanacaq, bu isə Rusiya ilə digər silah istehsalçıları arasında texnoloji uçuruma səbəb olacaq.
“Ümumiyyətlə isə bu, Rusiya Silahlı Qüvvələri, o cümlədən nüvə qüvvələrinin potensialının aşağı düşməsinə səbəb olacaq və təbii ki, bu amil Rusiyanın beynəlxalq statusunda özünü göstərəcək”, - deyə Jdanov bildirib.
O həmçinin qeyd edib ki, müqəddəs yer boş olmur və kasıb Rusiyanın dünyadakı yerini digər ölkələr, o cümlədən ABŞ tutacaq.
“Ermənistanla vəziyyətdə dəyişiklik gözləməyə dəyməz, belə ki, onlar Rusiya Silahlı Qüvvələrinin anbarlarında olan silahlar alırlar, Rusiya isə öz yeni silahlarını elə öz pullarının əvəzində ölkənin iqtisadi vəziyyətinin pisləşəcəyi 3 il ərzində başqa ölkələrə hədiyyə verə bilməz”, - deyə ekspert vurğulayıb.
Jdanov qeyd edib ki, yalnız Rusiya deyil, İsrail, Pakistan, Türkiyə və Ukraynadan silah və texnika alan Azərbaycan Ermənistanla münasibətdə dəfələrlə daha vaxşı vəziyyətdə olacaq.
“Sizin ölkədə vəziyyət tamamilə fərqlidir, siz silah seçimi və onun əldə edilməsində azadsınız, bu isə Azərbaycanın milli təhlükəsizliyinə zəmanət verir”, - deyə Jdanov açıqlayıb.
Əkbər Həsənov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az