Afrin əməliyyatında 12-ci gün: 78 terrorçu məhv edilib

2018/02/turkiye-tanklari-afrine-daxil-olub-22232456456_1517488374.jpg
Oxunub: 1822     20:31     01 Fevral 2018    
“Zeytun Budağı” əməliyyatlarının 12-ci günü çərçivəsində 78 PKK/PYD/YPG və İŞİD terrorçusu məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, yanvarın 20-dən etibarən aparılan əməliyyatların 12-ci günündə 78 terrorçu məhv edilib, terror təşkilatlarına məxsus 18 ədəd sığınacaq, depo, anbar məhv edilib.

Bununla da, əməliyyatların ilk günündən bu günədək zərərsizləşdirilən terrorçu sayı 790-a çatıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin-əməliyyatı   Türkiyə  


Bizi "telegram"da izləyin