Hakkaridə PKK Türkiyə hərbi bazasına hücum edib: 1 şəhid, 5 yaralı

2018/02/450_1517486864.jpg
Oxunub: 1672     20:07     01 Fevral 2018    
Türkiyənin Hakkari vilayətinin Çukurca ilçəsində PKK terrorçuları İraq mövqelərindən Türkiyə hərbi bazasına hücum həyata keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Güvən dağında yerləşən hərbi bazaya edilən hücum nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, daha 5 hərbi qulluqçu isə yaralanıb.

Yaralı əsgərlər dərhal helikopterlə Hakkari Dövlət Xəstəxanasına aparılıblar.

Hazırda bölgədə terrorçulara qarşı hücumlar həyata keçirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Hakkari   İraq  


Bizi "telegram"da izləyin