Ordu.az xəbər verir ki, bu barədə “Asia Times” nəşri məlumat yayıb.
İlk dəfə bu raketin sınaqları barədə CCTV telekanalı məlumat verib. Lakin raketin modernləşdirilməsi barədə təfərrüatlı məlumat yoxdur, yalnız raketin 30 faiz daha güclü olduğu bəllidir.
Ekspertlərin fikrincə, raket modernləşdirmə nəticəsində qəliz keçilən yollarda hərəkətə imkan verən mobil atəş qurğusu ilə təchiz oluna bilərdi.
Qeyd edək ki, DF-21D dünyada ilk və yeganə gəmi əleyhinə ballistik raket hesab olunur. O, 300 kiloton gücündə nüvə və adi döyüş başlıqlarını daşımağa qadirdir, uçuş məsafəsi isə 2700 kilometr təşkil edir.
Ağalar Qəribov
Ordu.az