Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin dövr ərzində ümumilikdə ən azı 22 raket atılıb.
Hücumlar nəticəsində ölənlərdən əlavə 65 nəfərin də yaralandığı bildirilir.
21 yanvar
Reyhanlıya 11 raket hücumu həyata keçirilib və nəticədə 1 suriyalı dünyasını dəyişib, 47 nəfər isə yaralanıb.
22 yanvar
Hatayın Qırıqxan kəndinə edilən raket hücumunda Şahin Elitaş həlk olub, 12 nəfər isə yaralanıb.
24 yanvar
Kilisdəki Məscidə raket atılması ilə suriyalı Tarık Tabak və türkiyəli Müzəffər Aydəmir ölüb. Başqa bir raketin evə düşməsi nəticəsində isə 5 nəfər yaralanıb.
31 yanvar
Hatayın Reyhanlı bölgəsinə atılan raketin partlamasıyla 17 yaşlı Fatma Avlar dünyasını dəyişib, bir nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az